Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 11:57:00
Bu il Azərbaycanda tanınan diplomların sayı açıqlanıb

Bu il Azərbaycanda tanınan xarici diplomların sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə bu il diplomların tanınması ilə bağlı quruma 3 004 müraciətin daxil olduğunu deyib.

 

Onun sözlərinə görə, müraciətlərdən 76%-nə (2278) müsbət, 24 %-nə (726) isə mənfi cavab verilib: "Diplomların tanınması ilə bağlı ortalama müddət bu il 3 dəfə aşağı düşüb. Belə ki, 2018-ci ildə baxılma müddəti 50 gün, 2019-cu ildə 40 gün, 2020-ci ildə 43, bu il isə 18 gün olub".