Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 13:30:00
Sertifikasiyaya hazırlaşan müəllimlər üçün vebinar təşkil olunacaq  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar dekabrın 23-ü saat 17:00-da H.Qardnerin “Çoxnövlü intellekt nəzəriyyəsi” mövzusunda keçiriləcək. Spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.