Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 10:12:00
Nazirin tənqidə səbəb olan “Məktəblərdə pul yığılması” fikiri-Əslində söylədiyi ifadə

Dekabrın 21-də Təhsil naziri Emin Əmrullayev Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı brifinq keçirib.

 

Nazir mətbuat konfransı zaman təhsillə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

 

Lakin brifinqdən sonra Emin Əmrullayevin bəzi fikirləri tənqidə səbəb olub və insanların qınaq atəşinə tuş gəlib.

 

AzEdu.az xəbər verir ki, nazirin dediyi “Mən oxuduğum müddətdə də məktəblərdə rüşvət var idi" cümləsi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

 

Emin Əmrullayev qeyd edir ki, “Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi".

 

Onun sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Əgər valideyn bütün vergilərini ödəyəndən sonra əlində artıq qalan bir manatını məktəbə vermək istəyirsə, şəffaf sistem fikirləşməliyik. Valideynlərin verdiyi ödənişlər könüllü olmalıdır. Yəni məktəblər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".

 

Nazir bildirir ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir. Quruma üzv olmayan valideynin övladının dərsə gəlməməsini deyən şəxslər qanunsuzluq edir".

 

Qeyd edək ki, valideynlər Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə könüllü şəkildə məktəblərə ianələr edə bilərlər. Bu ianələrin pul şəkilində olması və məcburi xarakter daşıması qeyri-qanunidir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları