Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-19 13:12:00
Şuşa Dövlət Musiqili Dram Teatrı AzTU-da tamaşa göstərib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı universitetdə tamaşa göstərib.

 

AzEdu.az xəbər verir ki, Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesi əsasında hazırlanan tamaşa AzTU-nun müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün belə tədbirlərin mütəmadi təşkili nəzərdə tutulur.