Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-19 11:56:00
PAŞA Bank ADNSU tələbələri üçün təlim keçirib

Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) PAŞA Bank tərəfindən yalnız ADNSU tələbəri üçün “SƏTƏM” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn formatda keçirilən təlimdə PAŞA Bankın SƏTƏM üzrə mütəxəssisi Orxan Baxşıyev “HSE &Process, Safety Introduction” mövzusunda ingilis dilində geniş video təqdimatla çıxış edib. Çıxışında O.Baxşıyev sənaye müəssisələrində əməyin təhlükəsizliyi, xüsusən də neft və qaz sənayesində baş verə biləcək təhlükələrin qarşısının alınması və təhlükəli vəziyyətlərdə davranış qayadaları haqqında tələbələrə geniş məlumat verib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.