Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 16:42:00
SABAH VI Tələbə Debat Forumu keçiriləcək

17-18 dekabr 2021-ci il tarixlərində Təhsil Nazirliyinin SABAH qrupları və Milli Debat Proqramının birgə təşkilatçılığı ilə “SABAH VI Tələbə Debat Forumu” keçiriləcək.


AzEdu.az xəbər verir ki,“Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusuna həsr olunan Forumun qrup və “play-off” oyunlarında ümumilikdə 7 ali təhsil müəssisəsini təmsil edən 20 komanda mübarizə aparacaq. 


Təhsil Nazirliyinin SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan “SABAH Tələbə Debat Forumu”nun əsas məqsədi SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinin təminatı, onların müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, natiqlik bacarıqlarına yiyələnməsidir. Həmçinin, tələbələrdə intellektual oyunlarda iştiraka maraq yaratmaq, müxtəlif universitetlərdə təhsil alan SABAH tələbələri arasında ünsiyyətin artırılmasına şərait yaratmaq da əsas məqsədlərdəndir.


Qeyd edək ki, Forum çərçivəsində debat metodologiyası əsasında keçirilən 3 günlük onlayn təlim sessiyasında ümumilikdə 100-dən çox SABAH tələbəsi iştirak edib. Karl Popper Debat Formatı əsasında keçirilən təlimlər zamanı gənclərə natiqlik, auditoriya qarşısında sərbəst çıxış edə bilmək bacarıqları, eləcə də inandırma qabiliyyətləri aşılanıb.