Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 16:28:00
DİM-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Bakı nümayəndəliyinin rəhbər şəxsləri ilə görüş keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Bakı nümayəndəliyinin rəhbər şəxsləri ilə görüş keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, görüşdən öncə qonaqlara mərkəzin muzeyində Azərbaycanda milli qiymətləndirmə sisteminin yaradılmasından bu günə qədər görülən işlərə aid ekspozisiya təqdim olunub.

 

Daha sonra DİM-in kitabxanasında bir sıra nəşrlər nümayiş etdirilib və iki qurumun rəhbər şəxsləri arasında müzakirələr aparılıb. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son illər Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının müvafiq qurumları arasında təhsilin qiymətləndirilməsi və elmi-tədqiqat işlərinin aparılması istiqamətində bir sıra nailiyyətlərin əldə edilməsini qeyd edib. Qonaqlara DİM tərəfindən aparılan təhlillər üzrə ətraflı məlumat verilib, müxtəlif tədris illəri üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş “Abituriyent 12” jurnalı nümayiş etdirilib. Sədr qonaqlara 2020/2021-ci tədris ilində rus bölməsi üzrə imtahan verən abituriyentlərin göstəriciləri barədə statistik məlumatlar təqdim edib.

 

Tərəflər aşağıdakı istiqamətlər üzrə müzakirə aparıblar:

 

Ölkə kvotası daxilində Rusiya Federasiyasına tələbə qəbulu üzrə seçim kom