Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 17:33:00
Diplomat olmaq istəyənlər sınaqdan keçiriləcək  

Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 26-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında dekabrın 19-u saat 18:00-dək davam edəcək.

 

Mərkəzdən bildirilib ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

 

Namizədlər aşağıda qeyd olunan linkdəki müvafiq keçidlər vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan