Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 09:45:00
 Diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi tərəfindən 26 dekabr 2021-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki,namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək davam edəcək. 

 

Məlumat üçün bildirək ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

Namizədlər aşağıda qeyd olunan linkdəki müvafiq keçidlər vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan