Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 16:36:00
Xoreoqrafiya Akademiyasının bir qrup əməkdaşı rektor əvəzindən nazirə şikayət edib

Bakı Xoreoqrafiya Akademiyasının təhlükəsizlik səbəbindən adlarının çəkilməsini istəməyən bir qrup əməkdaşı mədəniyyət naziri Anar Kərimova açıq məktub ünvanlayıblar.

 

AzEdu.az xəbər verir ki, məktubda müvəqqəti olaraq rektorun səlahiyyətlərini icra edən Nailə Məmmədzadənin akademiyanın professor-müəllim, inzibati və texniki-köməkçi heyətinin bir sıra nümayəndəsinə qarşı qərəzli mövqe nümayiş etdirdiyi iddia olunur.

 

Şikayətdə qeyd edilib ki, akademiyada mütəmadi olaraq iclas adı ilə toplantılara çağırılan əməkdaşların üstünə hücum çəkilir: "Əvvəlki rəhbərliklə çalışan əməkdaşlar Nailə Məmmədzadənin rektor əvəzi seçildiyi gündən əsassız olaraq Əmək Məcəlləsinin ən xoşagəlməz maddələri ilə işdən azad olunacaqları ilə hədələnir. Bununla yanaşı, illər boyu əməkdaşların onsuz da az olan əməkhaqları bir az da azaldılaraq, rəhbərlikdə təmsil olunan şəxslərin rəfiqə, qohum və dostları qismində yeni təyin olunanların məvaciblərinə iki, üç və hətta dördqat həcmdə əlavə olunur.