Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 17:13:00
İqtisad Universitetinin tələbələri üçün işə qəbul müsahibəsinə hazırlıqla bağlı təlim təşkil olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin və “HR Consalting” şirkətinin birgə təşkilatçılığı ilə tələbələrə “İşə qəbul müsahibəsi və müsahibələrdə iştirak” mövzusunda təlim təşkil edilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, təlimdə şirkətin mütəxəssisi Ağahüseyn Əliyev tələbələrə müsahibələrdə iştirak edərkən hansı qaydalara riayət etmələri və sualları düzgün cavablandırmaları barədə məlumat və tövsiyələr verib.

 

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.