Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 18:12:00
AzTU-nun rektoru Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçilib

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə nazir Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

 

Sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov  federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

 

Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçilib.