Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 13:36:00
ABŞ universitetinin azərbaycanlı professoru ADNSU tələbələrinə seminar keçir

ABŞ-ın Kalifornia Berkeley Universitetinin azərbaycanlı professoru Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn seminar keçir.

 

AzEdu.az xəbər verir ki, Amerikanın Kaliforniya Berkeley Universitetinin professoru Rəşad Kərimov Kimya Texnologiya Fakültəsinin (KTF) 3-cü kurs tələbələrinə “Organic chemistry” fənni üzrə onlayn formatda dərslər keçir. Hər dəfə 30 tələbənin iştirak etdiyi dərslər həftədə 2 dəfə, interaktiv formatda keçirilir. Azərbaycanlı professor həmçinin tələbələrlə üzvi kimya sahəsində dünya təcrübəsini bölüşür.