Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 11:48:00
UNEC-də əmək haqqı artımı necə tənzimlənir? -Rektor AÇIQLADI

 

Ötən gün Elmi Şuranın qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetində  əmək haqqları  artırıldı.

 

Artıq UNEC üzrə orta aylıq əmək haqqı 1166 manat, o cümlədən pedaqoji heyət üzrə 1331 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1012 manat təşkil edir.

 

Bəs UNEC-də əmək haqqı artımı necə tənzimlənir? Diferensial əmək haqqı sistemi necədir?

 

AzEdu.az xəbər verir ki, universitetin rektoru Ədalət Muradov bu sistemin uğurlu nəticələr göstərən müəllimlər üçün tətbiq edildiyini bildirib:

 

“UNEC-də artıq bir neçə ildir ki, uğurlu nəticələr təmin etmiş müəllimlərin differensial əmək haqqı sistemi tətbiq edilir. 70 faizi elmi tədqiqatlarla bağlı olan göstəricilər əsasında müəllimlərin reytinqi müəyyən edilir. Bu zaman xüsusi işlənmiş proqram əsasında obyektivlik və şəffaflıq təmin edilir və hər bir şəxs prosesi daim izləyə bilir. Reytinqdə ilk 10-luqda olanların əmək haqqı 2 dəfə, 11-30-cu yerlərdə olanların əmək haqqı 70 faiz, 31-100-cü yerləri tutanların əmək haqqı 30 faiz artırılır”.

 

Rektor son olaraq, artımın növbəti tədris ilində tətbiq edildiyini qeyd edib.