Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 10:00:00
Pakistanlı tələbələr BANM-in təqaüdünü qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-in təqaüdünə layiq görülən pakistanlı tələbələrlə görüşüb. Onlar Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Masuma Rizvi və həmin ixtisasın II kurs tələbəsi Ali Hassandir. 

 

AzEdu.az xəbər verir ki, tələbələri təqaüd qazanmaları münasibətilə təbrik edən rektor, onlara təhsillərində müvəffəqiyyət arzulayıb. Elmar Qasımov Ali Məktəbin iki pakistanlı tələbəyə təqaüd ayırmasını Azərbaycan - Pakistan qardaşlıq münasibətinin daha bir göstəricisi kimi qiymətləndirib. Rektor Azərbaycanın haqlı mövqeyinin hər zaman Pakistan tərəfindən dəstəkləndiyini, Vətən müharibəsində Pakistanın ölkəmizin yanında olduğunu vurğulayıb, xalqlarımızın yaxın qardaşlıq münasibətindən bəhs edib. O, Bakı Ali Neft Məktəbinə müraciət edən pakistanlı tələbələrin sayının ilbəil artığını bildirib.

 

Tələbələr təqaüdə və Ali Məktəbdə yaradılan şəraitə görə təşəkkür edərək, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.