Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-11 12:42:00
Türkcə yetərlilik imtahanına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzinin (DİM) beynəlxalq tərəfdaşı olan Yunus Əmrə İnstitutunun elan etdiyi türkcə yetərlilik imtahanına qeydiyyat aparılır.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahana qeydiyyat dekabrın 17-də başa çatacaq. Dövlət İmtahan Mərkəzi və Yunus Əmrə İnstitutu arasında imzalanmış anlaşma memorandumuna əsasən əməkdaşlıq sahələri üzrə fəaliyyətlər davam edir. Anlaşma memorandumunda əksini tapan əməkdaşlıq sahələrindən biri də türkcə yetərlilik imtahanının keçirilməsi üçün DİM tərəfindən dəstəyin göstərilməsidir.

Qeydiyyatdan keçmək istəyən namizədlər linkdən istifadə edə bilərlər. Xatırladaq ki, imtahana qeydiyyat noyabrın 22-dən başlanıb.