Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-11 10:59:00
“Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Rusiyanın Həştərxan Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

AzTU-dan AzEdu.az-a bildirilib ki, tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli, Həştərxan Dövlət Texniki Universitetinin rektoru Aleksandr Nevalyoni, AzTU-nun müəllimləri İltimas Məmmədov, Mehman Həsənov və Nadir Atayev konfransın məqsədi və əhəmiyyətindən danışıblar.

Konfransda “Rəqəmsal cəmiyyətdə elektron hökumət və infotelekommunikasiya xidmətləri”, “Kibertəhlükəsizliyin metod, vasitə və sistemləri”,” Rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyat”, “Yeni idarəetmə modeli: Kiberfiziki sistemlərin əsasları, texnologiyaları və tətbiq sahələri” bölmələri üzrə məruzələr dinlənilib.