Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-11 10:00:00
Coğrafiya və riyaziyyat fənləri üzrə qəbul imtahanlarının məzmunu müzakirə edilib

Dekabrın 10-da Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənlərindən işçi qrupların iclasları keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda hər iki fənn üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının məzmunu ilə bağlı materiallar müzakirə edilib, təkliflər verilib.

İşçi qrupların növbəti iclası dekabrın 17-də olacaq.