Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 17:31:00
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində Ulu Öndərin misilsiz xidmətləri olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan onlayn tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, fakültənin dekanı Hafis Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olunmasında, davamlı iqtisadi inkişafın təmin edilməsində, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində misilsiz xidmətlərindən danışıb.

Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri” mövzusunda çıxış edib. O, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkədə makroiqtisadi sabitliyə nail olunması və davamlı iqtisadi artımın əsasının qoyulması, islahatlara başlanılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılması barədə söz açıb. Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsulun 90,1 faiz, dövlət büdcəsi gəlirlərinin 3,9 dəfə, ölkənin valyuta ehtiyatlarının 85 dəfə, sənaye məhsulunun 22,4 faiz, kənd təsərrüfatı istehsalının 52,8 faiz, xarici ticarət dövriyyəsinin 4 dəfə artmasını nəzərə çatdırıb.

Sonda suallar cavablandırılıb.