Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 14:54:00
14 yaşlı şagirdin özünü məktəbin üçüncü mərtəbəsindən atmasının TƏFƏRRÜATI  

Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdinin intihara cəhdinin bəzi detalları məlum olub.

 

AzEdu.az xəbər verir ki, məktəbin direktoru Hikmət Ağacanov Ölkə.Az-a açıqlamasında 14 yaşlı qızın idman dərsi zamanı intihara cəhd etdiyini söyləyib:

 

“Həmin şagird L.O (şərti addır) əvvəllər rayonda başqa bir məktəbdə oxuyub, bizim məktəbə bu ilin sentyabrında gəlib. Hadisə baş verən gün onların sinfində idman dərsi olub. Bütün sinif dərs üçün zala gedib. Dərsin bitməsinə 10 dəqiqə qalmış L.O müəllimdən su içmək üçün icazə istəyib. Müəllim razılaşmasa da, qız bir neçə dəfə icazə istəyib. Sonda icazə alan şagird 3-cü mərtəbədə öz siniflərinə qalxıb. Həmin vaxtı sinif tamamilə boş olub. Həmin sinfin pəncərəsi müəllimlər otağından görünür. Təşkilatçı müavin həmin şagirdi pəncərənin kandarında oturaraq ayaqları sallanmış vəziyyətdə görüb və L.O-ya içəri keçməsini deyib. Təşkilatçı 3-cü mərtəbəyə qalxana qədər qız özünü aşağı atıb”.

 

Oxu.az