Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 11:35:00
Metroda dünyasını dəyişən müəllimin ölüm səbəbi bəlli oldu-RƏSMİ

 

 

Bu gün səhər saat 08:10 radələrində  “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında baş ölüm hadisəsi baş verib.

 

Həmin şəxs Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev olub.

 

Bunu AzEdu.az-a açıqlamasında İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva  təsdiqləyib.

 

O, müəllimin ölüm səbəbi haqqında məlumat verib.

 

“Əhməd müəllim, bu gün işdən evə gedərkən “28 may” stansiyasında halı pisləşib. Onun ölümünə səbəb ürəyinin dayanması olub”.

 

Qeyd edək ki, 72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, 2 metodiki vəsaitin müəllifi olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları