Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-01 13:27:00
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı başa çatıb  

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı başa çatıb.

 

AzEdu.az xəbər verir ki, konfrans Təhsil Nazirliyinin dəstəyi, Təhsil İnstitutunun (ARTİ) və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutub. 

 

Konfransın “Azərbaycanın distant təhsil təcrübəsi” adlı panel müzakirəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, ARTİ-nin direktoru Rüfət Əzizov və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Ümumi şöbəsinin müdiri Fidan Nəcəfova çıxış ediblər.

 

Daha sonra “Məsafədən təhsil dövründə ali və orta ixtisas təhsili müəssisələrinin təcrübəsi” adlı sessiyada ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı məruzə ediblər.

 

Konfransda “Məsafədən təhsil dövründə ali və orta ixtisas təhsili müəssisələrinin təcrübəsi”, “Distant təhsildə öz-özünə öyrənmə və ömürboyu təhsil meyilləri”, “Ənənəvi təhsildən distant təhsilə keçid: Azərbaycan Dövlət İqtisad Universitetinin təcrübəsi”, "Rəqəmsal öyrənmə platformalarının imkanları və məhdudiyyətləri: ADA Universitetinin təcrübəsi", “Virtual beynəlxalq təcrübə” və digər sessiyalarda müxtəlif məzmunda təqdimatlar dinlənilib. 

 

Qeyd edək ki, konfransda 900-dən çox şəxs iştirak edib.