Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-24 16:16:00
İctimai Şuraya təkrar seçkilər keçiriləcək

26 noyabr saat 11:00-da Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçiriləcək. 


AzEdu.az xəbər verir  ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib. 23 noyabr tarixində keçirilmiş seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini  toplayan 5 nəfər üzv seçilib. 


Təkrar seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.