2021-11-24 15:52:00
Distant təhsildə çağırışlar və nailiyyətlər konfransına sayılı günlər qalıb
ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.
AzEdu.az xəbər verir ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq.
Sözügedən konfransın gündəliyində “Elektron öyrənmə platformalarının bazarda artan rolu” adlı panel müzakirəsi yer alacaq. Panel müzakirəsi zamanı spikerlər elektron öyrənmə platformalarının distant təhsildə rolu, əldə olunan nailiyyətlər, onlayn təhsilə müxtəlif yanaşma strategiyaları, ali və orta ixtisas təhsili müəssisələri ilə mövcud əməkdaşlıq imkanları, elektron öyrənmə platformalarının cəmiyyətdə yaratdığı pozitiv dəyişiklik, beynəlxalq əməkdaşlıq imkanları kimi məqamlara toxunacaq və mövcud sualları cavablandıracaqlar.
Panel müzakirəsinin spikerləri ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova, "Safavy.org" onlayn təhsil platformasının həmtəsisçisi və direktoru Könül Quliyeva, "Khan Academy Azərbaycanca"nın rəhbəri Leyla Qasımova və "Microsoft Azerbaijan"nın təhsil həlləri üzrə mütəxəssisi Emin Axundov olacaq.
Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.
Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa
Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41
kitabı
ÇOX OXUNANLAR
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
23 Aprel 2024, 14:27
"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
24 Aprel 2024, 17:42
“Firidun bəy Köçərli” mükafatı Firudin Qurbanova təqdim edildi - FOTO
26 Aprel 2024, 09:00
Məktəb və bağçalarda yaz tətili başlayır - TARİX AÇIQLANDI
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
27 Aprel 2024, 16:03
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
FACEBOOK