2021-11-24 15:28:00
“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək.
AzEdu.az xəbər verir ki, elmi konfransın keçirilməsində məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.
Elmi konfransın birinci günü “Peşəkar inkişaf” adlı ikinci paneldə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Təhsilverənlərin peşəkar inkişaf imkanları”, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov “Müəllim peşəkarlığının inkişafının nəzəri-pedaqoji məsələləri”, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov “Metodik dəstəyin təşkili və təhsildə müasir metodist obrazı”, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Çapay Quliyev “Öyrədənlərin fərdi inkişafının psixoloji əsasları”, kafedra müdiri Qızıllı Əliyeva “Tədris prosesində İKT-dən istifadə rəqəmsal savadlılığı formalaşdırma amili kimi”, kabinet müdiri Səminə Rüstəmova “Tədris prosesində interaktiv mühitin yaradılması məsələləri”, Naxçıvan Dövlət Universitetinin dosentləri Vahid Rzayev “Pedaqoji kreativlik, yaxud kreativ pedaqogika”, Salatın Hacıyeva isə “Distant təlimin psixoloji problemləri” mövzusunda məruzə edəcəklər.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41
kitabı
ÇOX OXUNANLAR
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
23 Aprel 2024, 14:27
"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
24 Aprel 2024, 17:42
“Firidun bəy Köçərli” mükafatı Firudin Qurbanova təqdim edildi - FOTO
26 Aprel 2024, 09:00
Məktəb və bağçalarda yaz tətili başlayır - TARİX AÇIQLANDI
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
27 Aprel 2024, 16:03
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
FACEBOOK