Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-18 16:25:00
AzTU-da beynəlxalq elmi konfrans keçiriləcək  

Dekabrın 2-3-də Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, konfransın məqsədi maşınqayırma və enerji sahələrinin inkişafının təmini ilə əlaqədar elm, təhsil və tədqiqat sahələrinə ekoloji təhlükəsizlik və bu sahələrin infrastrukturunun iqtisadi səmərəliliyinin artmasını müəyyənləşdirən elmi və texnoloji zəmin yaradan yeni çağırışların formalaşdırılmasıdır.

 

Konfransın fəaliyyəti maşınqayırma və energetika sahələrinin müəssisələrinin inkişaf perspektivlərinin, yeni elmi və istehsal həll yollarının, texnologiyaların, mövcud vəziyyətdə iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin axtarışına, istehsal sektorunda kiçik və orta biznesin formalaşması və inkişafı ilə bağlı hərtərəfli müzakirələrin, eləcə də ali təhsil müəssisələrinin şirkət və müəssisələr ilə iş birliyi, nüfuzlu elm məktəbləri və müəssisə rəhbərləri ilə qarşılıqlı əlaqələrin yaradılmasına yönəlib.

Azərbaycan Texniki Universiteti, habelə Almetyevsk Dövlət Neft İnstitutu (Tatarıstan Respublikası, Rusiya), Brandenburq Texniki Universiteti (Almaniya), Cənubi Ural Dövlət Universiteti (Rusiya), Qazi Universiteti (Türkiyə) və Liberets Texniki Universiteti (Çexiya) tərəfindən təşkil olunacaq tədbirdə müxtəlif mövzularda elmi məruzələr dinləniləcək.