Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-18 12:29:00
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının sonuncu onlayn iclası baş tutub. İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə namizədlər tərəfindən təqdim edilmiş sənədlər Seçki Komissiyası tərəfindən qiymətləndirilib, müəyyən edilmiş qaydalara uyğun təqdim edilmiş və adları siyahıda göstərilən namizədlərin müraciətləri qeydə alınıb:

                  

AzEdu.az bildirir ki, ictimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq 23 noyabr 2021-ci il saat 14:00-daNizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin (UFAZ) akt zalında keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib.

 

 

Namizədlərin siyahısı   

 Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı barədə elana əsasən 1-28 oktyabr tarixlərində davam edən sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb:

 

Seçicilərə dair tələblərlə bu linkə daxil olaraq tanış olmaq mümkündür

 

Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.