Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 10:16:00
Abituriyentlərin NƏZƏRİNƏ! - İxtisas seçimi zamanı bu qaydalara əməl edin

Xəbər verdiyimiz kimi ali məktəblərə ixtisas seçimi davam edir. İxtisas seçimi zamanı hər bir abituriyentin diqqət etməli olduğu bir sıra məqamlar var.

AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən ixtisas seçimi zamanı vacib təlimatları diqqətə çatdırır:

Abituriyent  “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaradır (bax: səh. 13  “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası); “eservices.dim.gov.az/erizebak/erize” internet səhifəsinə daxil olur, “Abituriyent üçün giriş” bölməsində “Şəxsi kabinet”in istifadəçi adı və parolunu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır;

-   ekranda abituriyentə aid məlumatlar “Şəxsi məlumatları”, “Əlaqə məlumatları”, “Təhsil məlumatları” və “Elektron ərizə” bölmələri altında göstərilir. “Şəxsi məlumatları”, “Əlaqə məlumatları” bölmələrində abituriyentin şəxsi kabinetindəki məlumatlar əks olunur.

Abituriyent elektron ərizəsini təsdiq etdirmək üçün SQK-ya iki halda müraciət edir:

-   DİM-in məlumat bazasında abituriyent barədə kifayət qədər məlumatlar olmamadıqda;

-   oğlan abituriyentlərin hərbi xidmətdən  möhlət hüquqlarının olması barədə məlumatları informasiya sistemləri vasitəsilə əldə etmək mümkün olmadıqda.

Digər abituriyentlər elektron ərizələrini özləri onlayn şəkildə təsdiq etməlidirlər. Abituriyentə elektron ərizəyə daxil olarkən elektron ərizənin hansı üsulla təsdiq oluna bilməsi haqqında məlumat verilir.

Ərizənin hər bir bölməsindəki məlumatların təsdiq olub-olmaması, bölmə başlığındakı qeyd işarəsinin yaşıl və ya qırmızı olması ilə seçilir. Abituriyent məlumatları təsdiq olunmayan bölmələri doldurmalı və yadda saxlamalı, məlumatların doğruluğuna əmin olduqdan sonra “Təsdiq et” düyməsini basmaqla onları təsdiq etməlidir.

Diqqət tələb edən əsas bölmələrdən biri də test imtahanı haqqında məlumatlar bölməsıdir. Bu bölmədə abituriyent üç istiqamət üzrə müsabiqədən (test imtahanından) birini və ya bir neçəsini seçə bilər:

  1. Alı təhsil müəssisəsinin I-IV ixtisas qrupu üzrə test imtahanında iştirak etmək istəyirəm;

-  “Yaz / Yay imtahanının məlumatları”  böləsində abituriyent yaz və ya yay sessiyasında keçiriləcək test imtahanında iştirak etmək istəyirdiyini seçirəm,

(yazda keçiriləcək test imtahanında iştirak etmək istəyini bildirən abituriyentlər yay imtahanında iştirak etmək üçün əlavə ödəniş etməklə 17 may – 14 iyun tarixlərində   qeydiyyatdan keçməlidirlər.)

  1. Alı təhsil müəssisəsinin V ixtisas qrupu üzrə müsabiqədə (test imtahanında) iştirak etmək istəyirəm;
  2. Tam orta təhsil bazasında orta ixtisa stəhsili müəssisələri üzrə müsabiqədə (test imtahanında) iştirak etmək istəyirəm.

Abituriyentin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün müraciətinin  ilk dəfə olub-olmamasından, iştirak etmək istədiyi müsabiqələrin (imtahanların) növündən və sayından asılı olaraq, tələb olunan xidmət haqqının məbləği barədə məlumat elektron ərizədə göstərilir. Ərizəni təsdiq edərkən tariflər və onların ayrı-ayrılıqda dövlət və ya abituriyent tərəfindən ödənilməsi haqqında məlumat bir daha abituriyentə çatdırılır. Abituriyent “Razıyam, ərizəni təsdiq et” düyməsini basmaqla ərizəni təsdiq edə və ya “İmtina” düyməsini basmaqla elektron ərizənin təsdiq olunmasını sonraya saxlaya bilər. Şəxsi kabinetinin hesabında təsdiq üçün kifayət qədər vəsait olmayan abituriyentlər ilk olaraq hesablarını artırmalıdırlar. Təsdiq etdikdən sonra elektron ərizəni çap etmək lazımdır. Əgər “Çap et” düyməsi passiv olarsa, deməli elektron ərizə təsdiq olunmayıb.

Diqqət! Elektron ərizənin doldurulması və təsdiqi ilə bağlı abituriyentlərin aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri tövsiyə olunur:

Abituriyent “Şəxsi kabinet”in hesabına vəsait qoymazdan əvvəl elektron ərizədə onun təsdiq edilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasını müəyyən etməli, yalnız bundan sonra tələb olunan məbləği “Şəxsi kabinet”in hesabına əlavə etməlidir.

Ərizəni doldurduqdan sonra məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə “Çıx” düymə­sini basmaq lazımdır.

Elektron ərizəsinin təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları