Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-06 17:14:00
UNEC tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar

UNEC-in İqtisadiyyat fakültəsinin tələbələrinin ölkənin mədəni, tarixi məkanlarına ekskursiyalarına yenidən start verilib.

 

AzEdu.az xəbər verir ki, İqtisadiyyat fakültəsi mentorluq xidməti və ekologiya ixtisaslı qrupların mentoru dosent Tahir Tarverdiyevin təşəbbüsü ilə ilk ekskursiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna təşkil edilib. Ekologiya ixtisası üzrə təhsil alan tələbələr qoruqdakı qədim qayaüstü rəsmlərlə, həmçinin qoruğun açıq və qapalı muzeylərində qədim eksponatlarla, maddi-mədəniyyət nümunələri ilə tanış olublar.