Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-06 13:28:00
BMU-da Zəfər gününə həsr olunmuş şahmat turnirinə start verilib  

Bakı Mühəndislik Universitetində (BMU) 8 noyabr Zəfər Gününə həsr olunmuş şahmat turnirinə start verilib.

 

AzEdu.az xəbər verir ki, öncə tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışılıb. Bildirilib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycan ordusu cəmi 44 günə ərazi bütövlüyümüzü bərpa edib, Ermənistanın hərbi kaputilyasiyasına nail olub. Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixinin hər il Zəfər Günü kimi qeyd olunacağı, bu misilisiz qələbənin tarixi əhəmiyyəti vurğulanıb.

 

Sonra BMU-nun İdman şöbəsinin müdiri Elşən Həsənalıyev turnir iştirakçılarına oyunun tələbləri haqqında ətraflı məlumat verib. Qaliblərin BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən mükafatlandırılacağını qeyd edən şöbə müdiri iştirakçılara uğurlar arzulayıb.

 

Qeyd edək ki, BMU-nun bütün fakültələrindən olan tələbələrin iştirak edəcəyi turnir 13 noyabrda başa çatacaq.