Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 17:29:00
ADNSU-nun məzunu şəhid Oqtay Ağabəyovun xatirə lövhəsi açılıb  

Bakının Xətai rayonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu, Vətən müharibəsi şəhidi Oqtay Ağabəyovun anım günü keçirilib. Tədbirdə şəhidin yaşadığı binanın önündə xatirə lövhəsinin açılışı olub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Şəhidin ailə üzvləri və yaxınlarının, ictimaiyyət nümayəndələrinin, ADNSU əməkdaşlarının iştirak etdikləri tədbirdə çıxış edənlər Oqtay Ağabəyovun vətənpərvərliyindən, igidliyindən və döyüş yolundan danışıblar. Qeyd olunub ki, Oqtay Ağabəyov Vətən müharibəsində düşmənə qarşı fədakarlıqla döyüşüb, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Oqtay Ağabəyov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub (ölümündən sonra).