Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 16:08:00
UNEC məzunu ACCA ixtisaslaşma imtahanında ölkə birincisi olub

UNEC SABAH qruplarının “Maliyyə” ixtisası üzrə 2017-ci il məzunu Türkan Nəcəfli ACCA  ixtisaslaşma imtahanında Azərbaycan birincisi olub.

AzEdu.az xəbər verir ki, SABAH qruplarında oxuduğu müddətdə karyera həyatını “Böyük Dördlük” şəbəkəsində başlamağı hədəfləyən Türkan Nəcəfli 2017-ci ildən etibarən “Böyük Dördlük” şəbəkəsinə daxil olan “Deloitte & Touche”  MMAC şirkətində çalışır. O, eyni zamanda beynəlxalq qurum olan ACCA (The Association of Chartered Certified Accountants) ixtisaslaşmasına sahib olmaq istiqamətində 13 imtahandan 9-nu uğurla bitirib, ACCA TX (Taxation) imtahanında isə ölkə birincisi olub.