Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 15:56:00
Regionlarda metodik xidmətin mövcud vəziyyəti öyrənilir  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə tədbirlər davam edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti görüşlər Şuşa, Zəngilan rayonları üzrə metodik kabinetlərin, həmçinin Ağdam və Laçın rayonlarının Bakıda fəaliyyət göstərən metodik kabinetlərinin əməkdaşları üçün təşkil olunub.

 

Ümumilikdə 16 nəfər metodik kabinet əməkdaşı ilə fərdi görüşlər keçirilib, elektron təqdimatlar nümayiş olunub. Görüşlər zamanı metodistlərin sualları cavablandırılıb, təklif və ehtiyacları dinlənilib.