Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 14:38:00
Təhsil nazirinin müavini: Yeni layihə təhsil sisteminə yeni format gətirəcək  

Yeni çağırışlar qarşıya yeni tələblər qoyur. Ali təhsillə bağlı işçi qrupun hazırladığı yeni layihə təkmilləşdirilməli və işlənməlidir. Düşünürəm ki, bu sənəd Azərbaycanda təhsil sisteminə öz müsbət təsirini göstərəcək.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini İdris İsayev noyabrın 2-də Milli Məclisdə ali təhsillə bağlı yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Layihənin konseptual mahiyyət daşımasına diqqət çəkən İdris İsayev onun hökumət və qanun səviyyəsində tənzimlənən bir sənəd olacağını qeyd edib. Nazir müavini vurğulayıb ki, yeni layihə ilə təhsil sisteminə yeni format gətiriləcək.