Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 14:00:00
AzTU tələbə və məzunları logistika üzrə təcrübə proqramında iştirak edir

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunları arasından 3 nəfər “166 Yükdaşıma və Logistika” şirkətində üç aylıq ödənişli təcrübə proqramına qəbul edilib.

 

AzEdu.az xəbər verir ki“166 Logistika Akademiyası” təcrübə proqramında təcrübəçilər şirkətin əsas departamentlərində müxtəlif sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər. Qeyd edək ki, təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər şirkətin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər.