Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 10:01:00
İngilis və fransız dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili və fransız dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

AzEdu.az xəbər verir  ki, iclaslarda ingilis dili və fransız dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar, Azərbaycan dili fənni üzrə buraxılış imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq. İmtahan modellərində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilməsi nəzərdə tutulur.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Noyabrın 15-də müzakirələr davam etdiriləcək.