Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 09:30:00
Bu fənlər üzrə işçi qruplarının iclasları keçirilib

1 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, ingilis dili və fransız dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

 

AzEdu.az xəbər verir ki,gündəlik məsələlər ingilis dili və fransız dili fənləri üzrə buraxılış imtahanları üçün proqramların, Azərbaycan dili fənni üzrə buraxılış imtahanları modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq. İmtahan modellərində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilməsi nəzərdə tutulur.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

15 noyabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.