Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 16:56:00
Ali təhsilin əmək bazarının tələblərinə uyğun işçi hazırlamaq missiyası tarixə qovuşacaq-Rektor

 

“Ali təhsilin əmək bazarının tələblərinə uyğun işçi hazırlamaq kimi əsas missiyasının yaxın gələcəkdə tarixin arxivinə qovuşacağını düşünürük”

 

AzEdu.az  xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib.

 

Rektor ali təhsilin keyfiyyəti və məzunların fəaliyyətindən danışıb:

 

“Bu gün reallıq belədir ki, ali təhsilin keyfiyyəti əsasən təklif baxımından qiymətləndirilir. Belə ki, ali təhsilli məzunların, yəni təklifin müasir tələblərə tam cavab vermədiyi fikri tez-tez səslənir. Təəssüf ki, bu kimi fikirlərin müəyyən əsası da var. Hesab edirik ki, bu məsələnin təkliflə yanaşı, həm də tələb tərəfini nəzərə almaq lazımdır. Başqa sözlə, təkliflə yanaşı, tələbin də müasir tələblərə cavab verib-verməməsi müzakirə predmetinə çevrilməlidir”.

 

O ali təhsilin gələcək üçün əsas vəzifəsinə  diqqət çəkib:

 

“Bütövlükdə isə, fikrimizcə, əmək bazarının tələblərini qarşılamaq gələcək ali təhsilin əsas fəaliyyət istiqaməti olmayacaq. Başqa sözlə, ali təhsilin əmək bazarının tələblərinə uyğun işçi hazırlamaq kimi əsas missiyasının yaxın gələcəkdə tarixin arxivinə qovuşacağını düşünürük. Cəmiyyəti irəli apara və yeni iş yerləri yarada biləcək mütəxəssislərin yetişdirilməsi ali təhsilin əsas vəzifəsi kimi önə çıxacaq. Əsas məqsəd isə ali təhsilin cəmiyyətin proqressiv inkişafının önünə çıxması və bu prosesin lokomativinə çevrilməsi olacaq. Nəticədə, universitetlərə də yeni və fərqli baxış formalaşacaq və öz növbəsində təhsilin keyfiyyətinə yanaşma dəyişəcək. Bunu həm də gələcəyin açarı olan və sürətlənən rəqəmsallaşma prosesi tələb edir...”