Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 13:51:00
BMU ilə ABŞ səfirliyinin İctimai əlaqələr üzrə departamenti arasında layihəyə start verilib  

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Xarici dillər kafedrası ilə ABŞ səfirliyinin İctimai əlaqələr üzrə departamenti arasında ilk beynəlxalq əməkdaşlıq layihəsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, lahiyə çərçivəsində Amerika vətəndaşı olan, ingilis dilinin tədrisi metodikası, xarici dil tədrisində dünyadakı  yeni metodlar, həmçinin “TESOL” üzrə mütəxəssis Michael Moak BMU-da ingilis dilini tədris edən müəllimlərə təlimə başlayıb.  

 

Layihənin BMU üzrə koordinatoru Xarici dillər kafedrasının müdiri dosent Ətrabə Güldür. Layihə çərçivəsində I semestrdə ingilis dili müəllimlərinə həftədə 8 saat virtual təlimin verilməsi nəzərdə tutulur. İkinci semestrdə isə amerikalı mütəxəssisin canlı olaraq müəllim və tələbələrə təlim keçməsi planlaşdırılır.