Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 13:01:00
UNEC-in tələbəsi olmuş şəhid Əsəd Əsədlinin xatirəsi anılıb  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Vətən müharibəsində şəhid olmuş tələbə Əsəd Əsədlinin ailəsini ziyarət edib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, dosent Yalçın Köçərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı şəhidin ailə üzvləri ilə xatirələrini bölüşərək, Əsədlə fəxr etdiklərini bildiriblər.

 

Şəhidin anası Səidə xanım Əsədin dostları arasında daim sevilib-seçilən biri olduğundan, onun Vətən sevgisindən danışıb.

 

UNEC-in kollektivi şəhidin xatirəsinə yaradılan otaqla da tanış olub. Şəhidin babası xatirə otağında Əsədin fotoşəkillərinin tarixçəsi barədə məlumat verib.

 

Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Əsədin UNEC-in tələbəsi olmasından qürur duyduğunu, onun 21 döyüş yoldaşını mühasirədən çıxararaq ölümün pəncəsindən alıb şəhidlik zirvəsinə ucalmasını Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi kimi dəyərləndirib. Vurğulayıb ki, Vətən tarixinə adları qızıl hərflərlə yazılan şəhidlərimizin həyat yolu gələcək nəsillərə örnəkdir və onların xatirəsi daim əziz tutulacaq.