Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 10:43:00
İtaliyanın “Maire Tecnimont Group” şirkətinin rəhbərliyi BANM-da olub-FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Cianni Bardazzi və törəmə şirkəti-“KT-Kinetics Technology”nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern ilə görüş keçirib.

 

AzEdu.az xəbər verir ki, qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor “Maire Tecnimont Group”la uğurlu əməkdaşlıqdan bəhs edib. O vurğulayıb ki, bu əməkdaşlığın nəticəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak etmək imkanı qazanıblar. Elmar Qasımov Ali Məktəbdə alternativ enerji mənbələri üzrə təlim proqramının hazırlandığını bildirib və şirkətin də bu istiqamətdə dəstək göstərməsini təklif edib.

 

“Maire Tecnimont Group” şirkətinin rəsmisi BANM-lə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayaraq, bu təklifi məmnuniyyətlə qəbul edib və tələbələrə mühazirə keçməyə də hazır olduğunu qeyd edib. Əməkdaşlığın genişlənməsindən danışan Cianni Bardazzi bildirib ki, BANM ilə uğurlu əməkdaşlığın nəticəsində 12 məzun “Kinetics Technology” şirkətində müxtəlif vəzifələrdə çalışır.

 

Görüşdə bərpa olunan enerji mənbələrinə keçidin vacibliyi, bu sahədə rəqəmsallaşmanın tətbiqi, “yaşıl kimya”ya transformasiya, yeni texnologiyaların tələbələrə öyrədilməsi müzakirə olunub. Tərəflər İtaliyanın müvafiq universiteti ilə birgə seminarların keçirilməsi barədə də fikir mübadiləsi aparıblar.