Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 09:57:00
UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan layihələrdə iştirak edəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov sosial şəbəkədəki hesabında bildirib.

 

"Beynəlxalq Strateji Menecment Konfransının sədri və Türkiyə Əmək və Sosial Müdafiə Nazirinin müavini, professor Lütfihak Alpkanla UNEC-in potensialının artırılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan müvafiq layihələrə UNEC-in cəlb edilməsi imkanlarını müzakirə etdik və razılıq əldə etdik", - deyə Ədalət Muradov feysbukdakı hesabında yazıb.