Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 09:24:00
Metodik kabinet direktorlarına istedadlı uşaqlarla işin təşkilinə dair tövsiyələr verilib

Oktyabrın 28-də Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları tərəfindən “İstedadlı uşaqlarla işin təşkili” mövzusunda yerli təhsili idarəetmə orqanlarının nəzdində metodik kabinet direktorları ilə onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüş iştirakçıları İstedadlı uşaqlarla iş şöbəsinin illik fəaliyyət istiqaməti haqqında məlumatlandırılıb, onlara istedadlı şagirdlərin müəyyən edilməsi və həmin şagirdlərlə işin təşkilinə dair metodik və praktik tövsiyələr verilib.

 

Sonda görüş iştirakçılarının təklif və rəyləri dinlənilib, müvafiq istiqamətdə sualları cavablandırılıb.