Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 12:10:00
“Abituriyentin bu cür mübarizəsi intihara qarşı bir aksiyadır” - EKSPERT
Sosial şəbəkədə 686 bal toplayaraq univeritetdən imtina edən Zöhrə İsmayılovanın addımı hər kəsin təəccübünə səbəb olub. Bir neçə ildir ki, universitetə imtahan verən və 700 bal toplamadığına görə təhsilini hətta yarımçıq qoyan abituriyentin mübarizəsi diqqəti öz üzərinə çəkə bilib. Məqsədinin yalnız 700 bal toplamaq olduğunu deyən abituriyentin bu addımını ekspertlər də müsbət qarşılayıb.
 
AzEdu.az xəbər verir ki, təhsil üzrə ekpserti Etibar Əliyev  Moderator.az-a açıqlamasında bildirdi ki, Zöhrə İsmayılovanın addımı başa düşüləndir. O, 700 balı sevdiyi peşəsinə həsr etmək istəyir:
 
“Burda sadəcə bir qız öz biliyini maksimal şəkildə nümayiş etdirmək istəyir. Zöhrə İsmayılova 700 bal toplamağı qarşısına məqsəd qoyub və bu onu göstərir ki, o, daha çox çalışdıqca nəticələrə yaxınlaşır. Bunun özü bir sübutdur ki, bəzi skeptiklərdən fərqli olaraq qəbul imtahanlarındakı tapşırıqlar rasionaldır. Bu bir abituriyentin timsalında il-ildən nəticələri yaxşılaşdırır və 700 bala doğru yaxınlaşır. Bizim oxuduğumuz illərdə də abituiyentlər universitetə daxil olduqdan sonra bir neçə il oxuyub universitetdən imtina edirdilər. Onlar görürdülər ki, seçdikləri ixtisaslar ruhən onlara bağlı deyil. Ola bilsin ki, abituriyent 700 balı sevdiyi bir ixtisasa hədiyyə etmək istəyir. Zöhrə İsamyılovaya uğurlar arzulayıram və düşünürəm ki, çox maraqlı bir hadisədir”.
 
Ekpsert bildirib ki, bu həmçinin intihara qarşı bir mübarizədir: 
 
“Məqsədə doğru bu cür iradəylə addımlamaq özü bir nümunədir və bunun özü də çox mühüm bir hadisə olan intihara qarşı bir aksiyadır. Bu addım intiharın qarşısının alınması üçün atılmış doğru bir addımdır. Baxın, bir abituriyent 600-dən yuxarı bal toplayır, amma öz istəyini gerçəkləşdirmək üçün yenə də çalışır, mübarizə aparır”.