Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-16 13:16:00
Ali təhsilin gələcəyi keçmiş təcrübə əsasında formalaşmayacaq-Rektor

 

“Ali təhsilin uğurlu gələcəyini təmin etmək göstərilən səylərdən asılıdır. Burada həlledici amil səylərin adekvatlığı, sistemliliyi, davamlılığıdır”

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib.

 

Rektor ali təhsilin gələvəyinin formalaşması prosesinə diqqət çəkib:

 

“Ali təhsilin gələcəyi keçmiş təcrübə əsasında formalaşmayacaq. Hər şey ali təhsil prosesinin iştirakçıları və maraqlı tərəflərinin qərarlarından asılıdır. Burada həlledici amil ali təhsil prosesinin iştirakçıları və maraqlı tərəflərin düşüncələri, biliyi və bacarığıdır”.

 

O ali təhsilin gələcəyini gördüyümüz kimi qurmalı olduğumuzu bildirib:

 

“Bir sıra sahələrin gələcəyi üzrə proqnozlar vermək mümkündür. Amma bütövlükdə, gələcəyi öncədən dəqiqliklə görmək mümkün deyil. Ona görə də bəzi sahələrin, o cümlədən ali təhsil sisteminin gələcəyini necə görmək istəyiriksə, onu elə də qurmaq lazımdır. Burada həlledici amil ali təhsilin gələcəyinə baxış, bu baxışa və bu baxışların sahiblərinə ictimai baxışdır”.