Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 10:40:00
İmtahanlarda yüksək bal toplayanların sayı çoxalıb - STATİSTİKA

Təhsil eksperti Kamran Əsədov 2017-ci ildə yüksək bal toplayanları bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərənlərlə müqayisə edib.

AzEdu.az həmin müqayisəni təqdim edir.

2018 - ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında II ixtisas qrupu üzrə 690-700 bal toplayan abituriyentlərin sayı 16 nəfər (2017-ci ildə 9 nəfər) olub. 
650-dən yuxarı bal toplayan abituriyentlərin sayı 182 nəfər ( 2017 - ci ildə 151 nəfər idi).
600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər (2017-ci ildə 489 nəfər idi).
500 - dən çox bal toplayan abituriyentlərin sayı 1702 nəfər (2017-ci ildə 1710 nəfər olub). 
400 - dən çox bal toplayan abituriyentlərin sayı 3411 nəfər (2017 - ci ildə 3545 nəfər idi).

Bu il, 2018 -ci ildə II ixtisas qrupu üzrə 500 dən çox bal toplayan abituriyentlərin sayı 2017 - ci illə müqayisədə çox olsa da, 300-500 arası bal toplayan abituriyentlərin sayı elən illə müqayisədə azdır.

2018 - ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında III ixtisas qrupu üzrə 690-700 bal toplayan abituriyentlərin sayı 39 nəfər (2017-ci ildə 33 nəfər)  olmuşdu. 

650-dən yuxarı bal toplayan abituriyentlərin sayı 300 nəfər ( 2017 - ci ildə 278 nəfər idi).
600-dən çox bal toplayan abituriyentlərin sayı 950 nəfər (2017-ci ildə 741 nəfər idi).
500 -dən çox bal toplayan abituriyentlərin sayı 2822 nəfər (2017-ci ildə 2179 nəfər olub). 
400 - dən çox bal toplayan abituriyentlərin sayı 5193 nəfər (2017 - ci ildə 4196 nəfər idi).