Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 10:27:00
Məleykə Abbaszadə mübahisəli suala aydınlıq gətirdi: “Abituriyentin bir az dünyagörüşü də olmalıdır

“II və III ixtisas qrupuna hazırlaşanlar məntiqi cəhətdən Azərbaycanın Gürcüstanda səfirliyinin olmasını bilməli idi”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O tarix fənnindən olan mübahisəli suala aydınlıq gətirib:

“Mən mütəxəssis kimi ancaq riyaziyyatdan olan sualların izahını verə bilərəm. Lakin onu da qeyd etməliyəm ki, mübahisəli adlandırılan suala bildirilən iradlar məntiqdən kənardır. Abituriyentin bir az dünyagörüşü də olmalıdır. O ki qaldı dərsliyə, bu mövzu dəfələrlə dərsliklərdə yer alıb. II və III ixtisas qrupuna hazırlaşanlar Gürcüstanda Azərbaycan səfirliyinin olduğunu bilməlidirlər”.

Qeyd edək ki, 26 iyulda keçirilən qəbul imtahanlarında bəzi müəllimlər III ixtisas qrupu üzrə B variantı 91-ci sualın dərsliklərə uyğun gəlməməsi ilə bağlı iddia irəli sürüblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları