Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 14:12:00
İki universitetdə koronavirus aşkarlandı - 4 qrup karantində 

Azərbaycanda iki universitetdə koronavirusa yoluxma halı qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb. Bu səbəbdən həmin qruplar 14 gün müddətində distant təhsilə keçib.

 

Analoji hal Azərbaycan Dillər Universitetində də baş verib. Belə ki, universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığından qruplar distant təhsilə keçib. (modern.az)