Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 09:45:00
"UNEC kitabxanalarının oxucuları artıb"- Rektor Ədalət Muradov 

"2021-2022-ci tədris ilində oktyabr ayının ilk 8 günü ərzində UNEC Kitabxana-İnformasiya Mərkəzində oxucu davamiyyəti, kitab verilişi və elektron kitabxanadan istifadə göstəriciləri təhlil edilmişdir".

 

 

AzEdu.az xəbər verir ki,  bu sözləri UNEC rektoru Ədalət Muradov  facebook səhifəsində yazıb

 

 

 Rektor nəticələrin  sevindirici olduğunu bildirib

 

24/7 kitabxanasında - 1689 nəfər istifadəçi, 231 kitab verilişi

 

1 saylı kitabxanada - 391 nəfər oxucu, 128 kitab verilişi

 

2 saylı kitabxanada - 360 nəfər oxucu, 209 kitab verilişi

 

3 saylı yeni açılmış kitabxanada- 869 nəfər oxucu, 280 kitab verilişi

 

 4 saylı kitabxanada - 273 nəfər oxucu, 84 kitab verilişi

 

 Əsaslı kitabxanada - 296 nəfər oxucu, 358 kitab verilişi.

 

 

 

Son olaraq Ədalət Muradov qeyd edib ki , oktyabrın ilk 8 günündə UNEC-də ənənəvi kitabxanalardan 3878 oxucu istifadə etmiş, kitab verilişi 1290 nüsxə təşkil etmişdir. Elektron kitabxanadan 1857 istifadəçi yararlanmış, sosial media və kitabxana veb səhifəsi üzərindən 2921 istifadəçi-izləyici sorğusu UNEC Kitabxana- İnformasiya Mərkəzi tərəfindən cavablandırılmışdır.