Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-30 12:14:21
“Yaz imtahanında  həyəcandan 585 bal yığmışdı” - 700 bal toplayan abituriyentin müəllimi

Xəbər verdiyimiz kimi II və III ixtisas qrupu üzrə ümumilikdə 4 nəfər 700 bal toplayıb. Lənkəran rayon Balıqçılar qəsəbə tam orta məktəbinin məzunu  Rəmzi Abıyev II ixtisas qrupu üzrə maksimum nəticə göstərən yeganə abituriyentdir.

Rəmzinin valideyni və onu qəbul imtahanına hazırlaşdıran müəllimi sevinclərini AzEdu.az-la bölüşüblər.

Rəmzi Abıyevin anası Validə Abıyeva bildirib ki, cavabları öyrənəndə həddən artıq sevinc hissi keçirib:

“Rəmzi məsuliyyətli şagird olub və aşağı siniflərdən dərslərini yaxşı oxuyub. Məktəbdə də həmişə əla qiymətlər alıb. Kursların seminarlarında, sınaq imtahanlarında iştirak edirdi. Həmişə də yüksək bal toplayıb. Rəmzidən bu nəticəni gözləyirdik. Birinci qəbul imtahanında  həyəcandan 585 bal yığmışdı, ancaq ikinci imtahanda məqsədinə çatdı. Hansı universiteti seçməsinə müəllimləri ilə məsləhətləşdikdən sonra qərar verəcəyik”.

Rəmzinin Tarix müəllimi İqrar Abdullayev onun çalışqan, əzmli və nümunəvi şagird olduğunu vurğulayıb:

“Digər şagirdlərin bir çoxundan fərqli olaraq hər xırda məsələ ilə belə maraqlanır, suallar verirdi. Axtardığı sualın cavabını tapana qədər rahat olmurdu. Əslində maksimum nəticə göstərən şagirdlərin əksəriyyətini digərlərindən fərqləndirən bu incə məqamdır. Evindən kursa olan məsafə 30 kilometrə yaxındır. Həftədə 3 dəfə bu yolu çətinliklə gəlib gedirdi. Hətta bəzən marşurut olmurdu. Hələki ixtisas seçimi etməyib. Hansı ixtisası seçərsə, gələcəkdə o sahədə uğurlu olacağına inanıram”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları